Rio Olimpiadasında Azərbaycan yığmasının bayraqdarı boksçu Teymur Məmmədov ola bilər. Apasport.az saytı xəbər verir ki, bu barədə gənclər və idman naziri Azad Rəhimov məlumat verib.
O bildirib ki, bununla bağlı son qərarı Milli Olimpiya Komitəsinin (MOK) prezidenti İlham Əliyev verəcək. Lakin ilk növbədə, Teymur Məmmədovun Braziliyada keçiriləcək Olimpiadaya vəsiqə qazanması lazımdı: “Boksçumuz Teymur Məmmədovun Rio-2016-ya lisenziya qazanacağına ümid edirik. Biz çox istərdik ki, Olimpiadada bayraqdarımız Teymur olsun. Amma son qərarı Milli Olimpiya Komitəsinin prezidenti verəcək. Bizim təklifimiz Teymur olacaq”.
Qeyd edək ki, Teymur Məmmədov hazırda Bakıda keçirilən lisenziya xarakterli Dünya Olimpiya təsnifat turnirində iştirak edir.
- Jurnalistlər arasında kamandan oxatma yarışı keçirilib - FOTO
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək