Bu il ölkəmizdə təşkil ediləcək İslam Həmrəyliyi Oyunlarının futbol yarışlarının neçə komanda arasında keçiriləcəyinə aydınlıq gəlib. Apasport.az saytı xəbər verir ki, bu barədə məlumatı gənclər və idman naziri Azad Rəhimov verib.
BP və İslam Həmrəyliyi Oyunlarının tərəfdaşlıq sazişinin imzalanması mərasimində çıxış edən nazir ölkəmizə əsas yığmaların gəlməyəcəyini söyləyib.
O bildirib ki, turnirdə iştirak üçün 23 yaşadək futbolçulardan ibarət komandalar ölkəmizə təşrif buyuracaqlar.
Rəhimov, həmçinin yarışda 8 komandanın mübarizə aparacağını da sözlərinə əlavə edib: “Futbol turnirində 8 komanda çıxış edəcək. Onlardan biri Azərbaycan olacağından, bura 7 yığma gələcək. Onlar əsas millilər deyil, U-23-lər olacaq. Əsasnamədə bu cür əksini tapıb. Yekun siyahı hələlik dəqiqləşdirilir”.
Nazir onu da əlavə edib ki, Yay Olimpiya Oyunlarında olduğu kimi, İslamiadada da hər komanda 23 yaşdan yuxarı olan 3 futbolçunu heyətinə cəlb edə biləcək.
- III Xankəndi Ultramarafonu: İkinci mərhələnin qalibləri bəlli olub
- Bakıda Avropa su idmanının gələcəyi müzakirə olunub
- III Xankəndi Ultramarafonu: İlk mərhələnin qalibləri bəlli olub
- Azərbaycan və Rusiya milliləri Bakıda birgə toplanış keçir
- Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışının 2027-ci il tarixi açıqlanıb