Norveçin Forde şəhərində keçirilən qadınlar arasında ağır atletika üzrə Avropa çempionatı davam edir. Apasport.az saytının məlumatına görə, 53 kq çəki dərəcəsində mübarizə aparan atletlər arasında artıq bütün mükafatçılar müəyyənləşib.
Ötən il baş vermiş dopinq qalmaqalından sonra ağır atletika millimizdən imtina edərək Rumınya yığmasının şərəfini qorumağı üstün tutan Kristina Yovu bu çəki dərəcəsində qitənin ən güclüsü olub.
O, birdən qaldırma və təkanla qaldırmada ümumilikdə 210 kiloqramın öhdəsindən gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. İkinci yeri ukraynalı Yuliya Paratova (202 kq), üçüncülüyü isə latviyalı Rebeka Koha (198 kq) qazanıb.
Bu çəki dərəcəsində ölkəmizi təmsil edən Gülçin Əlizadə isə ümumilikdə 145 kq çəki ilə 23 idmançı arasında 20-ci olub.
- Azərbaycanla Belarus arasında idman memorandumu
- III Xankəndi Ultramarafonuna yekun vurulacaq
- Kamandan oxatma üzrə Azərbaycan Superkuboku keçiriləcək
- Asunsion Loriyente Bakıda Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyəti ilə tanış olub
- III Xankəndi Ultramarafonu: üçüncü mərhələnin qalibləri bəlli olub