[b]Azərbaycanlı atlet Useyn Boltu arxada qoydu[/b]
16.06.2017 - 11:19
Azərbaycanlı atlet Ramil Quliyev növbəti rekordunu vurub. Apasport.az saytının məlumatına görə, Türkiyə millisinin şərəfini qoruyan idmançı bu uğura Avropa Atletika Federasiyasının da təqvimində yer alan və Finlandiya keçirilən beynəlxalq turnirdə imza atıb.
Belə ki, o, 100 m məsafəni 10,02 saniyəyə qət etməklə, özünün ən yaxşı nəticəsini göstərib. Ramil bu göstərici ilə Olimpiya çempionu Useyn Boltu keçən idmançılar siyahısına daxil olub. Çünki 2017-ci ildə yamaykalı hələ ki bu nəticəyə nail ola bilməyib.
Həmyerlimiz artıq dünya çempionatının favoritlərindən birinə çevrilib.
- MOK-da Belarus Olimpiya Komitəsinin prezidenti ilə ikitərəfli tərəfdaşlıq müzakirə olunub
- Azərbaycan Qran-prisi rekordlarla yadda qalıb - FOTO
- Bakıda keçirilən üzgüçülük üzrə Dünya Kubokunda rekord
- Bakıda dünyanın ikinci ən böyük qapalı xizək mərkəzi fəaliyyətə başlayıb
- Azərbaycan üzgüçüləri "İpək Yolu" Dünya Kubokunda ölkə rekordlarını yeniləyiblər
0
0