[b]Bakıda keçiriləcək Şahmat Olimpiadasının vaxtı dəyişdirildi[/b]
17.02.2016 - 09:09
Bakıda təşkil olunacaq Şahmat Olimpiadasının keçirilmə vaxtı dəyişdirilib. Apasport.az saytının məlumatına görə, ölkəmizdə ilk dəfə təşkil olunacaq yarış nəzərdə tutulduğu tarixdən tez başlayacaq.
Belə ki, Olimpiadanın paytaxtımızda bu ilin sentyabrın 14-30-da baş tutması planlaşdırılırdı. Lakin ölkəmizdə sentyabrın 15-də yeni dərs ilinin başlaması ilə bağlı turnir irəli çəkilib. FİDE-nin yeni qərarına əsasən yarış sentyabrın 1-də start götürəcək və 14-də başa çatacaq. Bakıda təşkil olunacaq FİDE-nin konqresi isə sentyabrın 4-14-nə təsadüf edəcək.
- Azərbaycanla Belarus arasında idman memorandumu
- III Xankəndi Ultramarafonuna yekun vurulacaq
- Kamandan oxatma üzrə Azərbaycan Superkuboku keçiriləcək
- Asunsion Loriyente Bakıda Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyəti ilə tanış olub
- III Xankəndi Ultramarafonu: üçüncü mərhələnin qalibləri bəlli olub
0
0