Batumidə keçirilən idman gimnastikası üzrə beynəlxalq turnir başa çatıb. Gimnastika Federasiyasından apasport.az saytına verilən məlumata görə, yarışa qatılan qadın gimnastlardan ibarət Azərbaycan millisi 6 medal qazanıb.
Belə ki, Marina Nekrasova, Mariya Smirnova və Yuliya İnşınadan ibarət komandamız yalnız Rusiya yığmasından geri qalaraq, fəxri kürsünün ikinci pilləsinə yüksəlib. Gürcüstan isə “üçlüyü” qapayıb.
Nekrasova şəxsi hesabına 4 bürünc medal yazmaqla da fərqlənib. O, çoxnövçülükdə, dayaqla tullanmada, müxtəlif hündürlüklü qollarda və sərbəst hərəkətlərdə 3-cü yeri tutub. Digər təmsilçimiz İnşına isə gimnastika tirində bürünc medal qazanıb.
- “Neftçi” yeni loqosunu təqdim edib
- Jurnalistlər arasında kamandan oxatma yarışı keçirilib - FOTO
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb