Bakı-2015 I Avropa Oyunlarında iştirak edəcək Hollandiya milli komandasının təqdimat mərasimi keçirilib. Apasport.az saytının məlumatına görə, tədbirdə ölkəmizdə təşkil olunacaq yarışda çıxış edəcək 100-dən artıq idmançı qatılıb.
Bakı-2015-də 119 atletlə təmsil olunacaq “narıncılar”ın yalnız bəzi üzvləri mərasimdə iştirak etməyib. “Zanbaqlar ölkəsi”nin Avropa Oyunları üçün nümayəndə heyətinin rəhbəri Yerun Beyl yarışla bağlı fikirlərini də bildirib: “Avropa Oyunları Olimpiya Oyunları deyil. Lakin bu yarışın öz olimpiya gözəlliyi var. Demək olar ki, bütün növlərdə ən güclü idmançılarımızla təmsil olunacağıq. Biz Bakıya uğur qazanmaq üçün gedirik. Avropa Oyunlarında 8 medal qazanacağımıza ümid edirik”.
Qeyd edək ki, Avropa Oyunları iyunun 12-28-də keçiriləcək.
- AMADA rəhbəri Təhminə Tağı-zadə Yunanıstanda süni intellektin antidopinqdə tətbiqindən danışıb
- Prezident paralimpiya hərəkatının inkişafında xidməti olan bir qrup şəxsi təltif edib
- ATPF Beynəlxalq Padel Federasiyasının 36-cı Baş Assambleyasında təmsil olunub
- Azərbaycanlı Formula 4 pilotu Davin Cəfərov Slovakiya Ring trasında növbəti testlərini uğurla başa vurub!
- Deflimpiyaçı güləşçilərimiz Belarusda zirvədə