Ukraynanın Lvov şəhərində boks üzrə yeniyetmələr arasında Avropa birinciliyinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, komandamız yarışda 2 qızıl, 2 gümüş və 2 bürünc medala sahib olub.
60 kq çəki dərəcəsində mübarizə aparan Bəxtiyar Qazıbəyov finalda Türkiyə boksçusu Tugrulhan Erdemiri məğlub edərək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Məhəmməd Abdullayev də (+80) Avropa birinciliyinin qızıl medalına sahib olub. Həmyerlimiz finalda ukraynalı Aleksandr Xristevi üstələyib – 2:1.
Cavid Hüseynov (48 kq) finalda Artyom Demyanenkoya (Ukrayna) uduzaraq, 2-ci yeri tutub.
Niyaməddin Allahverdiyev de finalda məğlub olub. Boksçumuz İngiltərə təmsilçisi Karlz Frankhamalla bacarmayıb - 0:3.
Orxan Həsənov (54 kq) və Şaiq Məlikov (70 kq) 3-cü yerlə kifayətləniblər.
Azərbaycan Ukraynadan sonra komanda hesabında 2-ci yeri tutub.
- Sahib Ələkbərov: “Turnirə maraq olduqca böyükdür"
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələ yekunlaşıb - FOTO
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələyə start verilib
- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
- “Bakı-Xankəndi” veloyarışı: Üçüncü mərhələ başa çatdı