“Dünya çempionatına böyük hədəflərlə gəlmişdim”. Bunu apasport.az saytına açıqlamasında Azərbaycan millisinin ağırlıqqaldıranı Boyanka Kostova deyib.
22 yaşlı ikiqat Avropa çempionumuz ABŞ-ın Hyuston şəhərində keçirilən dünya çempionatında da ən güclü olub. 58 kq çəki dərəcəsində podimua çıxan Kostova yarışın qızıl medalını qazanmaqla yanaşı, 6 rekord müəyyənləşdirib.
Hazırda bu uğurun sevincini yaşayan Kostova bildirib ki, ABŞ-a iddialı yollandığından istəyini həyata keçirmək çətin olmayıb. Ağırlıqqaldırma tariximizə ilk qadın dünya çempionu kimi düşən atletin sözlərinə görə, dünya çempionatında göstərdiyi nəticədən çox razıdı: “Qarşıma 2 məqsəd qoymuşdum. Hədəfimdə çempionluq və dünya rekordu vardı. Rəqiblərim arzularımı gerçəkləşdirməyə mane olmağa çalışsalar da, bunu bacarmadılar. Yalnız qızıl medal üçün yollandığım Hyustonda istəyimə çatdım. Buradakı çıxışımdan çox razıyam”.
Qeyd edək ki, ağır atletika tariximizdə indiyədək yeganə dünya çempionumuz Nizami Paşayev hazırda yığmamızın məşqçilər korpusunda yer alır. O, 2002-ci və 2005-ci illərdə mundialda bütün rəqiblərini qabaqlamışdı. Kostova isə ilk qadın dünya çempionumuz olmaqla yanaşı, 10 illik həsrətə də qon qoyub.
- “Bakı-Xankəndi” veloyarışı: İkinci mərhələnin qalibləri mükafatlandırılıb
- “Bakı-Xankəndi” veloyarışı: İkinci mərhələ başa çatdı
- Bakı-Xankəndi velosiped yarışında 2-ci mərhələyə start verilib - FOTO
- “Bakı-Xankəndi” veloyarışı: İlk mərhələ başa çatdı
- Heydər Əliyev zirvəsinə ənənəvi yürüş təşkil olunub