Bakıda keçirilən atıcılıq üzrə Avropa çempionatında daha iki növdə yarışa yekun vurulub. Apasport.az saytının məlumatına görə, bu gün kişilər və oğlanlar 50 m məsafədən hərəkət edən hədəfə atəş açmada qüvvəsini sınayıb.
İsveçli Yesper Niberq 591 xalla bütün rəqiblərini arxada qoyub. Onun həmyerlisi Emil Martinsson liderdən 2 xal geri qalıb. Çexiyalı Yonas Bedrix isə 586 xalla kifayətlənib. Bu növdə Azərbaycan atıcısı çıxış etməyib.
Gənclərin eyni növdə yarışında ukraynalı İqor Kizima qalib olub – 582 xal. Onun həmyerlisi Maksim Babuşok 576 xalla 3-cü yeri tutub. Rusiyalı Valeri Davıdov isə ikinci olub – 579 xal.
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
- AMADA-nın yeni antidopinq qaydaları WADA ilə razılaşdırılıb
- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar