[b]Çempiona medalını Mehriban Əliyeva təqdim etdi[/b]
19.05.2017 - 20:23
IV İslam Həmrəyliyi Oyunlarında sərbəst güləş yığmamıza ikinci qızıl medalı Nurməhəmməd Hacıyev qazandırıb. Apasport.az saytının məlumatına görə, 97 kq çəkidə mübarizə aparan pəhləvanımız bütün rəqiblərini üstələyib.
Həlledici görüşdə iranlı Əmir Muhammadi ilə qarşılaşan Nurməhəmməd 11:2 hesablı qələbə qazanıb.
Fəxri kürsünün ən yüksək pilləsinə qalxan Hacıyevə qızıl medalı Azərbaycanın I vitse-prezidenti, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva təqdim edib.
Daha sonra dövlət himnimizin sədaları altında bayrağımız dalğalanıb.
- MOK-da Belarus Olimpiya Komitəsinin prezidenti ilə ikitərəfli tərəfdaşlıq müzakirə olunub
- Azərbaycan Qran-prisi rekordlarla yadda qalıb - FOTO
- Bakıda keçirilən üzgüçülük üzrə Dünya Kubokunda rekord
- Bakıda dünyanın ikinci ən böyük qapalı xizək mərkəzi fəaliyyətə başlayıb
- Azərbaycan üzgüçüləri "İpək Yolu" Dünya Kubokunda ölkə rekordlarını yeniləyiblər
0
0