Yanvarın 20-21-də İsveçrənin Lozanna şəhərində Avropa Olimpiya Komitəsi (AOK) İcraiyyə Komitəsinin (İK) iclası keçiriləcək. Milli Olimpiya Komitəsindən (MOK) apasport.az saytına verilən məlumata görə, yığıncaqda Azərbaycan MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə ilə təmsil olunacaq.
Toplantıda komitənin baş katibi və xəzinədarı adı çəkilən təşkilatın hesabatı ilə çıxış edəcəklər. Tədbir çərçivəsində Bakı-2015 Avropa Oyunları və Gürcüstanda keçirilmiş Yeniyetmələr arasında Avropa Olimpiya Festivalı həmçinin, növbəti analoji yarış da müzakirə olunacaq.
Qeyd edək ki, İspaniyanın Tarraqona şəhərində keçiriləcək AOK-un XXXVII seminarı gündəlikdə olan məsələlər sırasındadı.
- “Neftçi” yeni loqosunu təqdim edib
- Jurnalistlər arasında kamandan oxatma yarışı keçirilib - FOTO
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb