Avstriyanın Mittersil şəhərində Beynəlxalq Cüdo Federasiyasının təşkilatçılığı ilə hakimlər və məşqçilər üçün beynəlxalq seminar keçirilib. Apasport.az saytının məlumatına görə, bu toplantıda iştirak etmiş Azərbaycan Cüdo Federasiyasının (ACF) Hakimlər Komitəsinin sədri, beynəlxalq dərəcəli referi Fariz Hüseynov və Regionlarda cüdonun inkişafı sektorunun müdiri, məşqçi Tərlan Poladov yeni qaydalarla cüdoçularımızı məlumatlandırıblar.
ACF-in Bakı Olimpiya Stadionunda yerləşən təlim-məşq bazasında hər iki mütəxəssis cüdonun yeni qayda və qanunlarının tətbiqini əyani şəkildə göstəriblər. Qəbul edilmiş yeni qaydalar cüdoçulara ətraflı izah edilib.
- Üzgüçümüz Sofiyada qızıl medal qazanıb
- İdmançılarımız Avropa Yay Olimpiya Festivalına hazırlaşırlar
- AzVİF-lə Elm və Təhsil Nazirliyinin əməkdaşlığı çərçivəsində yeni layihəyə start verilib - FOTO
- Azərbaycan və Polşa arasında antidopinq sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub
- Millidən yeni rekord: Yığma dünya reytinqində 27-ci sıraya yüksəlib