“Sərhədçi” İdman Olimpiya Kompleksində Türk Şurası Universitet İdman Oyunları turnirinə start verilib. Apasport.az saytı xəbər verir ki, iki gün davam edəcək mötəbər yarışda Azərbaycan, Türkiyə və Qazaxıstan cüdoçuları medallar uğrunda mübarizə aparırlar.
Beynəlxalq turnirin ilk günündə bütün çəki dərəcələrində qalibərin adına aydınlıq gəlib.
Milli komandamızdan Kəramət Hüseynov (60 kq), İlkin Babazadə (66 kq), Telman Vəliyev (73 kq), Fəqan Quluzadə (81 kq), Firudin Dadaşov (90 kq), Cəlil Şükürov (+100 kq), Aişə Qurbanlı (48 kq) və Günel Həsənli (78 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medal əldə ediblər.
Sabah cüdoçular komanda yarışlarında qüvvələrini sınayacaqlar.
- Bakıda keçirilən üzgüçülük üzrə Dünya Kubokunda rekord
- Bakıda dünyanın ikinci ən böyük qapalı xizək mərkəzi fəaliyyətə başlayıb
- Azərbaycan üzgüçüləri "İpək Yolu" Dünya Kubokunda ölkə rekordlarını yeniləyiblər
- Rüfət Efendiyev Avropa Şurasının antidopinq iclasında iştirak edib
- Azərbaycan üzgüçüləri Bakıdakı Dünya Kubokunun təsnifat mərhələsində çıxış ediblər