“Qəbələ” İdman Klubunun və Azərbaycan milli komandasının cüdoçusu Uşangi Kokauri növbəti uğurunu qazanıb. Apasport.az saytının məlumatına görə, idmançımız Belarusun paytaxtı Minskdə təşkil olunan Avropanın açıq çempionatında qüvvəsini sınayıb.
+100 kq çəki dərəcəsində çıxış edən cüdoçumuz rusiyalı Edqardt Smereka ve belaruslu Aleksandr Vaxavyak üzərində qələbə qazanmaqla yarımfinala yüksəlib.
Finalın bir addımlığında litvalı Marius Paskeviçyusla üz-üzə gələn Kokauri rəqibini məğlub edib.
Həlledici qarşılaşmada meydan sahibi Vladislav Tsarpitski ilə görüşən idmançımız məğlub olub və yarışı gümüş medalla başa vurub.
- MOK-da Belarus Olimpiya Komitəsinin prezidenti ilə ikitərəfli tərəfdaşlıq müzakirə olunub
- Azərbaycan Qran-prisi rekordlarla yadda qalıb - FOTO
- Bakıda keçirilən üzgüçülük üzrə Dünya Kubokunda rekord
- Bakıda dünyanın ikinci ən böyük qapalı xizək mərkəzi fəaliyyətə başlayıb
- Azərbaycan üzgüçüləri "İpək Yolu" Dünya Kubokunda ölkə rekordlarını yeniləyiblər