Belarusun paytaxtı Minskdə cüdo üzrə Avropa açıq çempionatına start verilib. Apasport.az saytının məlumatına görə, yarışın ilk günündə millimizin çıxışı uğurlu alınıb.
Belə ki, cüdoçularımız 2 qızıl medal qazanıblar.
66 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Nicat Şıxəlizadə və 73 kq çəki dərəcəsində mübarizə aparan Hidayət Heydərov bütün rəqiblərinə qalib gələrək Belarusda Azərbaycan bayrağını dalğalandırıblar.
Hidayət Heydərov yarımfinalda Ermənistan cüdoçusu Arsen Qazaryanı məğlub edib.
Qeyd edək ki, 46 ölkədən 411 (285 kişi, 126 qadn) idmançının qatıldığı mötəbər yarışda Azərbaycan millisi 15 cüdoçu (10 kişi, 5 qadın) ilə təmsil olunur.
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
- AMADA-nın yeni antidopinq qaydaları WADA ilə razılaşdırılıb
- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar