Dünən Avstriyaya təlim-məşq toplanışına yollanan “Qarabağ” hazırlığa start verib. Apasport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Tirol şəhərinə yaxın Kössen qəsəbəsində məskunlaşan Ağdam klubu 21 günlük təlim-məşq toplanışı keçirəcək.
“Qarabağ” Avstriyaya tam heyətlə yollanmayıb. Əsas və U-21 millisində olan futbolçular ötən mövsümü gec qapadığından, komandaya iyunun 23-də qoşulacaqlar. Ötən mövsümün gedişində transfer edilən, ancaq reqlament səbəbindən meydana çıxmaq şansı əldə etməyən Dani Quintana komandaya qoşulub. Digər legioner isə bu gün və sabah Avstriyaya çatacaqlar.
Sentyabrdan zədəli olan braziliyalı yarımmüdafiəçi Çumbinyonun təlim-məşq toplanışına iyunun 30-da qoşulacağı gözlənilir.
“Qarabağ” Avstriyadakı təlim-məşq toplanışı müddətində 3 və ya 4 yoxlama oyunu keçirəcək. Oyunların iyunun 30-u, iyulun 3, 7 və 8-də olması planlaşdırılır.
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələyə start verilib
- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
- “Bakı-Xankəndi” veloyarışı: Üçüncü mərhələ başa çatdı
- Sahib Ələkbərov: "Əsas məqsədimiz velosiped idman növünü inkişaf etdirməkdir"
- Azərbaycan qadın atıcıları Avropa Çempionatında bürünc medal qazandı