Cənubi Koreyanın Muju şəhərində taekvondo üzrə dünya çempionatı davam edir. Apasport.az saytının məlumatına görə, yarışın üçüncü günündə Azərbaycan millisinin daha 2 idmançısı dayanq üzərinə çıxıb. Hər iki taekvondoçumuz ilk iki döyüşündə qalib gəlsə də, növbəti qarşılaşmadan məğlub ayrılıb.
Belə ki, Ayxan Tağızadə (68 kq) livanlı Rayan Delbani (22:11), ardınca Səudiyyə Ərəbistanı təmsil edən İbrahim Saudu (11:3) mübarizədən kənarlaşdırıb. Lakin o, Yu-Jen Huangla (Çin Taypeyi) görüşdə uğurlu seriyasını davam etdirə bilməyib və məğlubiyyətə üzülüb.
Fəridə Əzizova (67 kq) üçün də hər şey uğurla başlayıb. O, Faber İsabellanı (Lüksemburq) 24:1, Vanessa Koerndlini (Almaniya) 7:6 hesabı ilə məğlub etsə də, koreyalı Yan Di-Kimə 0:7 hesabı ilə uduzub.
Qeyd edək ki, mundialın 4-cü günündə Fizam Mehtiyev (58 kq) mübarizəyə qatılacaq.
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
- AMADA-nın yeni antidopinq qaydaları WADA ilə razılaşdırılıb
- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar