[b]Dünya kubokunda kuryoz cəza[/b]
09.09.2017 - 17:01
Gürcüstanın paytaxtı Tiflisdə keçirilən şahmat üzrə dünya kubokunda kuryoz hadisə yaşanıb. Apasport.az saytının məlumatına görə, yarışın 1/16 final mərhələsində çıxış edən Anton Kovalyova məğlubiyyət verilib.
Kanada yığmasında çıxış edən ukraynalının cəzalanmasına yarışa şortla gəlməsi səbəb olub. Belə ki, Kovalyov israilli Maksim Rodşteynlə görüşə belə geyimdə gəlib. Təşkilatçılar onun geyiminə irad bildirib və 15 dəqiqəyə şortu şalvarla əvəzləməyi tapşırıb.
Şahmatçı geyimini dəyişməyə getsə də, 15 dəqiqəyə qayıtmayıb. Nəticədə kanadalıya məğlubiyyət verilib.
- Azərbaycan Qran-prisi rekordlarla yadda qalıb - FOTO
- Bakıda keçirilən üzgüçülük üzrə Dünya Kubokunda rekord
- Bakıda dünyanın ikinci ən böyük qapalı xizək mərkəzi fəaliyyətə başlayıb
- Azərbaycan üzgüçüləri "İpək Yolu" Dünya Kubokunda ölkə rekordlarını yeniləyiblər
- Rüfət Efendiyev Avropa Şurasının antidopinq iclasında iştirak edib
0
0