Azərbaycan və Türkiyədə keçiriləcək boks üzrə Olimpiya lisenziyalı turnirdən imtina edən Ermənistan yığması fikrindən qismən daşınıb. Apasport.az saytının məlumatına görə, onlar Samsundakı yarışa qatılmağa qərar veriblər.
Bu, Ermənistan Milli Olimpiya Komitəsinin və Boks Federasiyasının birgə gəldiyi qərarla gerçəkləşəcək.
Komitənin vitse-prezidenti Derenik Qevorqyan bildirib ki, aprelin 7-15-də Türkiyədə baş tutacaq yarışda iştirak zəruridi: “Komitə federasiya və məşqçilər korpusu ilə müzakirələrdən sonra belə qərara gəldi ki, turnirdə çıxış etməliyik. Nümayəndə heyətinin rəhbəri özüm olacam. Federasiyanın prezidenti Artur Qevorqyanı idmançıları Samsuna aparmağa razı sala bildik”.
Ermənistan yığması Samsuna 9 kişi, 1 qadın boksçu ilə yollanacaq.
Lakin yayılan açıqlamada iyunda Bakıda keçiriləcək təsnifat turnirində iştiraka toxunulmayıb.
Qeyd edək ki, dünən Artur Qevorqyan yığmanın Azərbaycan və Türkiyədəki lisenziya xarakterli turnirlərə qatılmayacağını açıqlamışdı.
- Azərbaycanla Belarus arasında idman memorandumu
- III Xankəndi Ultramarafonuna yekun vurulacaq
- Kamandan oxatma üzrə Azərbaycan Superkuboku keçiriləcək
- Asunsion Loriyente Bakıda Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyəti ilə tanış olub
- III Xankəndi Ultramarafonu: üçüncü mərhələnin qalibləri bəlli olub