8 il bundan öncə mavi ekranlardan evimizə yeni bir qonaq gəldi. Azərbaycan Televiziyasının tərkibində yaradılmış “İdman Azərbaycan” kanalı bütün idmansevərlərin daim izlədiyi efir məkanına çevrildi.
Yarandığı gündən bu yana hazırladıqları maraqlı idman verilişləri, təhlil və analiz proqramları, Avropanın aparıcı futbol çempionatlarının yayımı ilə tamaşaçıların rəğbətini qazanan telekanal bu gün də reytinq sıralamasında yüksək yerlərdə qərarlaşıb.
Apasport.az saytı olaraq “İdman Azərbaycan” kanalında çalışan bütün həmkarlarımızı təbrik edir, onlara çətin və məsuliyyətli işlərində uğurlar arzulayırıq.
- III Xankəndi Ultramarafonu: İkinci mərhələnin qalibləri bəlli olub
- Bakıda Avropa su idmanının gələcəyi müzakirə olunub
- III Xankəndi Ultramarafonu: İlk mərhələnin qalibləri bəlli olub
- Azərbaycan və Rusiya milliləri Bakıda birgə toplanış keçir
- Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışının 2027-ci il tarixi açıqlanıb