[b]Gimnastımız Berlində 2 qızıl medal qazandı[/b]
23.04.2018 - 11:05
Almaniyanın paytaxtı Berlində gənc idman gimnastları arasında keçirilən beynəlxalq turnir başa çatıb. Azərbaycan Gimnastika Federasiyasından apasport.az saytına verilən məlumata görə, yarışda ölkəmiz də təmsil olunub.
Belə ki, millimizin üzvü Səməd Məmmədli iştirak etdiyi 3 final mərhələsinin ikisində yüksək nəticə göstərərək, qızıl medala yiyələnib. Təmsilçimiz dəstəli at üzərində hərəkətlərinə görə 12,850 xalla, paralel qollarda isə 13,250 xalla birinciliyi əldə edib.
Turnikdə çıxışına görə isə Səməd hakimlərdən 11.150 xal alaraq, 4-cü yerdə qərarlaşıb.
- Bakı ilk dəfə “D-8” Gənclər Dialoquna ev sahibliyi edir
- Elmira Aslanova Antarktidanın ən yüksək zirvəsini fəth edib
- Azərbaycan ilk dəfə parabadminton üzrə dünya çempionatında iki kateqoriyada təmsil olunacaq
- Azərbaycan Qran-prisi üçün erkən bilet satışına start verilib
- Azərbaycanlı pilot "Formula 4" komandalarından təklif alıb
0
0