Hollandiyanın Veyk-an-Zee şəhərində keçirilən “Tata Steel Chess” superturnirində 10-cu turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, şahmatçımız Şəhriyar Məmmədyarov bu turda David Navarra ilə qarşılaşıb.
Qara fiqurlar ilə oynayan qrossmeysterimiz bu dəfə də bərabərliyə razılaşıb.
Qələbəsiz oyunlar seriyasını davam etdirən “Şah” bu nəticə ilə xalını 5-ə yüksəldib.
Qeyd edək ki, növbəti turda ABŞ təmsilçisi Fabiano Karuana ilə qarşılaşacaq Məmmədyarov keçirdiyi 10 oyunda 6 dəfə bərabərliyə razılaşıb. İki qarşılaşmada qələbəyə sevinən təmsilçimiz eyni sayda da məğlubiyyətə üzülüb.
- Dağ velosipedi üzrə Azərbaycan Kubokunun 3-cü mərhələsinə yekun vurulub
- Azərbaycanla Belarus arasında idman memorandumu
- III Xankəndi Ultramarafonuna yekun vurulacaq
- Kamandan oxatma üzrə Azərbaycan Superkuboku keçiriləcək
- Asunsion Loriyente Bakıda Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyəti ilə tanış olub