I Avropa Oyunlarında iştirak edəcək boksçularla görüş keçirilib. Apasport.az saytının məlumatına görə, tədbirdə Azərbaycan Boks Federasiyasının vitse-prezidenti, AİBA İcraiyyə Komitəsinin üzvü Süleyman Mikayılov çıxış edərək, ölkəmizin tarixi hadisə ərəfəsində olduğunu deyib.
O, dövlət başçısı İlham Əliyevin idmana böyük diqqət ayırdığını vurğulayaraq, hər kəsin boksçularımızdan uğurlu nəticə gözlədiyini bildirib. Azərbaycan Boks Federasiyasının prezidenti Kəmaləddin Heydərovun salamını çatdıran vitse-prezident oyunların Bakıda keçirilməsinin hər bir idmançının məsuliyyət hissinin artırmalı olduğunu vurğulayıb.
Millimizin baş məşqçisi Pedro Rok boksçularımızın yaxşı hazırlıq keçdiyini söyləyib. Kubalı mütəxəssis Meksikadakı təlim məşq toplanışından sonra Bakıda İrlandiya və Bolqarıstan seçmələri ilə birgə son hazırlıq mərhələsinə qədəm qoyduqlarını deyib.
Yığmamızın kapitanı, 2 qat dünya, Avropa çempionu, Olimpiya Oyunlarının bürünc mükafatçısı Məhəmmədrəsul Məcidov komandada yüksək əhval-ruhiyyənin olduğunu bildirib.
Boksçumuz Avropa Oyunlarında yüksək yerlər tutmaq üçün əllərindən gələni edəcəyini söyləyib.
Xatırladaq ki, boks yarışları iyunun 16-dan 27-dək “Kristall Hall”da keçiriləcək. Komandamız kişilərin yarışında 10, qadınların turnirində isə 5 idmançı ilə təmsil olunacaq.
- AMADA rəhbəri Təhminə Tağı-zadə Yunanıstanda süni intellektin antidopinqdə tətbiqindən danışıb
- Prezident paralimpiya hərəkatının inkişafında xidməti olan bir qrup şəxsi təltif edib
- ATPF Beynəlxalq Padel Federasiyasının 36-cı Baş Assambleyasında təmsil olunub
- Azərbaycanlı Formula 4 pilotu Davin Cəfərov Slovakiya Ring trasında növbəti testlərini uğurla başa vurub!
- Deflimpiyaçı güləşçilərimiz Belarusda zirvədə