[b]İlk qızıl medalı Azərbaycan prezidenti təqdim etdi[/b]
13.06.2015 - 17:43
Azərbaycan Prezidenti İlham Əliyev medal təqdim etmək üçün “Kristal Zal”a təşrif buyurub. Apasport.az saytının məlumatına görə, 60 kq çəki dərəcəsində qızıl medal qazanan azərbaycanlı karateçi Firdovsi Fərzəliyevə medalı məhz ölkə prezidenti təqdim edib.
Fərzəliyevin final görüşünü canlı izləyən İlham Əliyev ardından Avropa Karate Federasiyasının prezidenti Antonio Espinosla birlikdə mükafatlandırma mərasimində iştirak edib və ilk 3 yeri tutan idmançıların medallarını təqdim edib.
Son olaraq himn sədaları altında bayrağımız dalğalanıb.
- Prezident paralimpiya hərəkatının inkişafında xidməti olan bir qrup şəxsi təltif edib
- ATPF Beynəlxalq Padel Federasiyasının 36-cı Baş Assambleyasında təmsil olunub
- Azərbaycanlı Formula 4 pilotu Davin Cəfərov Slovakiya Ring trasında növbəti testlərini uğurla başa vurub!
- Deflimpiyaçı güləşçilərimiz Belarusda zirvədə
- Kapoeyraçılarımız Tallində altı medal qazanıblar
0
0