[b]İslamiadada qazanılan qələbəni qeyd edərkən öldü[/b]
25.05.2017 - 09:50
Bakıda restoranda ölüm hadisəsi baş verib. Apasport.az saytının məlumatına görə, hadisə Səbail rayonu ərazisində yerləşən “Dalida” restoranında qeydə alınıb.
Bir qrup idmançı, məşqçi və hakimlər Bakıda keçirilən IV İslam Oyunlarında qazanılan qələbəni qeyd etmək üçün adıçəkilən restoranda toplaşıblar. Məclis əsnasında Azərbaycan Milli Karate Federasiyasının vitse-prezidenti, 7-ci dan qara kəmər sahibi, beynəlxalq hakim Yusif Hüseyn oğlu Məmmədov qəfildən dünyasını dəyişib.
İlkin məlumata görə, Məmmədov ürək tutmasından ölüb.
- MOK-da Belarus Olimpiya Komitəsinin prezidenti ilə ikitərəfli tərəfdaşlıq müzakirə olunub
- Azərbaycan Qran-prisi rekordlarla yadda qalıb - FOTO
- Bakıda keçirilən üzgüçülük üzrə Dünya Kubokunda rekord
- Bakıda dünyanın ikinci ən böyük qapalı xizək mərkəzi fəaliyyətə başlayıb
- Azərbaycan üzgüçüləri "İpək Yolu" Dünya Kubokunda ölkə rekordlarını yeniləyiblər
0
0