Almaniyanın Hamburq şəhərində kişi boksçular arasında dünya çempionatı davam edir. Apasport.az saytının məlumatına görə, mundialın ikinci günündə Azərbaycan millisinin 1 üzvü rinqə çıxıb.
+91 kq çəki dərəcəsində mübarizə aparan Məhəmmədrəsul Məcidov 1/16 final mərhələsi çərçivəsində keçirilən döyüşdə Kumar Satişla (Hindistan) üz-üzə gəlib. Qarşılaşma ikiqat dünya çempionumuzun qələbəsi ilə yekunlaşıb. Məcidov rəqibini 5:0 (30:27, 29:28, 30:26, 30:27, 30:27) hesabı ilə məğlub edib.
Boksçumuz 1/8 finalda iordaniyalı Hüseyn İşayşlə qüvvəsini sınayacaq. Döyüş avqustun 28-də olacaq.
Dünya çempionatının ikinci günündə Pərviz Bağırovun (69 kq) da ilk rəqibi dəqiqləşib. Birinci mərhələdən azad olan təmsilçimiz 1/8 finalda Tuvşinbat Byamba (Monqolustan) ilə qarşılaşacaq. Bağırovun rəqibi Damian Kivioru (Polşa) yarışdan kənarlaşdırıb - 5:0.
Bağırov Byamba ilə sabah üz-üzə gələcək.
Mənbə: abf.az
- MOK-da Belarus Olimpiya Komitəsinin prezidenti ilə ikitərəfli tərəfdaşlıq müzakirə olunub
- Azərbaycan Qran-prisi rekordlarla yadda qalıb - FOTO
- Bakıda keçirilən üzgüçülük üzrə Dünya Kubokunda rekord
- Bakıda dünyanın ikinci ən böyük qapalı xizək mərkəzi fəaliyyətə başlayıb
- Azərbaycan üzgüçüləri "İpək Yolu" Dünya Kubokunda ölkə rekordlarını yeniləyiblər