Vüqar Həşimovun xatirəsinə həsr olunan "ShamkirChess 2015" beynəlxalq turnirində 8-ci turun görüşləri başa çatıb. Synergy Group-un təşkilatçılığıyla keçirilən yarışın 8-ci turunda Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov və eks-dünya çempionu Vişvanatan Anand qarşılaşmışdılar. Oyun hindistanlı qrossmeysterin xeyrinə başa çatdı. Turnirə hazırlıqla bağlı demək istəyirəm ki, evdə kifayət qədər vaxt ayırmışdım. Güclü rəqiblərlə qarşılaşacağımı bilirdim. Sonuncu turdan çox şey asılıdı, amma ümumilikdə götüründə çıxışıma orta qiymətləndirirəm. Düzdü, bundan da yaxşı nəticə göstərə bilərdim.
Şəhriyar Məmmədyarov isə Vüqar Həşimov Memorialında istədiyi oyunu göstərə bilmədiyini qeyd etdi: "Bilirəm, bəzi səhvlərə yol verdim. Oyundan sonrakı analizlərdə bunları görürdüm. Bu turnirdən əvvəl ardıcıl olaraq bir çox turnirlərdə iştirak etmişdim. Ona görə də vaxt azlığından yaxşı hazırlaşa bilmədim.
- Azərbaycan Üzgüçülük Federasiyası rekordçu Cəmil Əliyevə sertifikat təqdim edib
- Güllə atıcılığı üzrə Azərbaycan birinciliyinin qalibləri müəyyənləşib
- Azərbaycanın trek yığması Avropa çempionatında iştirak edəcək
- Şose velosipedi üzrə ölkə çempionatının qalibləri müəyyənləşib
- Balaheydər Kərimov triatlon üzrə Dünya Kubokunda hakimlik edən ilk azərbaycanlı olub