Berlində şahmat tacına iddiaçıların turnirinə start verilib. Apasport.az saytının məlumatına görə, yarışda azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov da iştirak edir.
Həmyerlimiz ilk turda Sergey Karyakinlə qarşılaşıb. O, rusiyalı şahmatçıya qarşı qara fiqurlarla oynayıb.
Görüş Məmmədyarovun qalibiyyəti ilə nəticələnib.
İlk turda Vladimir Kramnik və Fabiano Karuana da qələbə qazanıb.
Turun nəticələri:
Sergey Karyakin (Rusiya) - Şəhriyar Məmmədyarov (Azərbaycan) - 0:1
Vladimir Kramnik (Rusiya) - Aleksandr Qrişuk (Rusiya) - 1:0
Levon Aronyan (Ermənistan) - Dinq Liren (Çin) - 0,5:0,5
Fabiano Karuana (ABŞ) - Uesli So (ABŞ) - 1:0
- Bakıda keçirilən üzgüçülük üzrə Dünya Kubokunda rekord
- Bakıda dünyanın ikinci ən böyük qapalı xizək mərkəzi fəaliyyətə başlayıb
- Azərbaycan üzgüçüləri "İpək Yolu" Dünya Kubokunda ölkə rekordlarını yeniləyiblər
- Rüfət Efendiyev Avropa Şurasının antidopinq iclasında iştirak edib
- Azərbaycan üzgüçüləri Bakıdakı Dünya Kubokunun təsnifat mərhələsində çıxış ediblər