“Qırx ikinci Dünya Şahmat Olimpiadasının başlanmasına cəmi 100 gün qalır. Bununla əlaqədar iş cədvəlimiz gərginləşir”. Apasport.az saytının məlumatına görə, bu sözləri Bakıda keçiriləcək Olimpiadanın təşkilat komitəsinin direktoru Mahir Məmmədov söyləyib.
“Baku Crystal Hall”da bu il sentyabrın 1-dən 14-dək Azərbaycan paytaxtında baş tutacaq 42-ci Dünya Şahmat Olimpiadasının başlamasına 100 gün qalması münasibətilə təşkil olunan mətbuat konfransında media nümayəndələrinin suallarını cavablandıran Məmmədov fikirlərini bölüşüb: “Bizim qurumun üzərinə qoyulan öhdəliklərin yerinə yetirilməsi ilə bağlı heç bir problemimiz yoxdur. Görüləsi bütün işlər uğurla həyata keçirilib”.
Azərbaycanın həm kişi, həm də qadın şahmatçılar arasında üç komanda ilə təmsil olunacağını vurğulayan komitə sədri milli komandanın kapitanının adının da yaxın günlərdə açıqlanacağını qeyd edib.
- Jurnalistlər arasında kamandan oxatma yarışı keçirilib - FOTO
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək