Bu gün Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Bakı-2015 I Avropa Oyunlarının mükafatçıları ilə ənənəvi görüş keçirilib. Apasport.az saytının məlumatına görə, budəfəki tədbirdə MOK-un vitse-prezidenti Xəzər İsayev və Avropa Oyunlarında Azərbaycan nümayəndə heyətinin rəhbəri Könül Nurullayeva iştirak edib.
MOK rəsmiləri qızıl mükafatçı Mariya Stadnik (qadın güləşi, 48 kq), bürünc mükafatçılar Natalya Sinişin (qadın güləşi, 55 kq) və idman gimnastikası üzrə millimizin üzvlərini (Oleq Stepko, Petro Paknyuk və Eldar Səfərov) mükafatlandırıblar.
Xəzər İsayev qısa nitqində idmançıları təbrik edib və Azərbaycanın qarşıdakı günlərdə daha çox medallar qazanacağına inandığını bildirib. Ardından dünənki medalçılar bir-bir səhnəyə dəvət edilib və mükafatlarını alıblar.
Sonda isə dünən Azərbaycanın aktivinə medal yazdıran idmançılar növbə ilə xüsusi şərəf lövhəsinə imza atıblar.
- Prezident paralimpiya hərəkatının inkişafında xidməti olan bir qrup şəxsi təltif edib
- ATPF Beynəlxalq Padel Federasiyasının 36-cı Baş Assambleyasında təmsil olunub
- Azərbaycanlı Formula 4 pilotu Davin Cəfərov Slovakiya Ring trasında növbəti testlərini uğurla başa vurub!
- Deflimpiyaçı güləşçilərimiz Belarusda zirvədə
- Kapoeyraçılarımız Tallində altı medal qazanıblar