[b]Mükafatçılar Heydər Əliyevin abidəsini ziyarət etdilər[/b]
15.06.2015 - 13:49
Bakı-2015 I Avropa Oyunlarının ilk üç gününün mükafatçıları bu gün bir araya gəlib. Apasport.az saytının məlumatına görə, Gənclər və İdman Nazirliyinin müavini İsmayıl İsmayılov, federasiya rəsmiləri, idmançılar və məşqçilər Heydər Əliyev sarayı ilə üzbəüz yerləşən mərhum prezident Heydər Əliyevin abidəsini ziyarət ediblər.
15 iyun Milli Qurtuluş Günü münasibətilə baş tutan ziyarətdə əsasən dünən və srağagün mükafat qazanmış Azərbaycan idmançıları iştirak ediblər.
Rəsmi şəxslər və idmançılar növbə ilə Abidənin önünə gül dəstələri qoyduqdan sonra kollektiv şəkil çəkdirilib.
- Prezident paralimpiya hərəkatının inkişafında xidməti olan bir qrup şəxsi təltif edib
- ATPF Beynəlxalq Padel Federasiyasının 36-cı Baş Assambleyasında təmsil olunub
- Azərbaycanlı Formula 4 pilotu Davin Cəfərov Slovakiya Ring trasında növbəti testlərini uğurla başa vurub!
- Deflimpiyaçı güləşçilərimiz Belarusda zirvədə
- Kapoeyraçılarımız Tallində altı medal qazanıblar
0
0