2016-cı ildə Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının boks yarışında baş geyimindən istifadə olunmayacaq. Apasport.az saytının məlumatına görə, bunu Beynəlxalq Olimpiya Komitəsinin rəsmisi Mark Adams açıqlayıb.
O bildirib ki, bu barədə qərar İngiltərənin Mançester şəhərində məşhur “Old Trafford” stadionunda keçirilən AİBA komissiyalarının iclasında qəbul olunub: “AİBA bizə lazım olan məlumatları verib. Onlar da göstərir ki, baş geyimsiz döyüş zamanı beynin xəsarət alması ehtimalı azdı. Bu qurum 3 il öncə baş geyimlərindən imtina ilə bağlı qərar verdikdən sonra xeyli sayda təhqiqatlar aparılıb və bunun nəticəsi də belə addım üçün əsas verdi. Bu üzdən də AİBA-nın dəyişikliyi Rioda da qüvvədə olacaq. Qərar qadın boksçulara aid deyil. Onlar hələ də şlemlə döyüşəcəklər”.
Qeyd edək ki, boksçuların baş geyiminin məcburi olması haqda qərar 1986-cı ildə verilmişdi. 2013-cü ildə AİBA bu geyimdən imtina etsə də, Olimpiada ilə bağlı qərarı Beynəlxalq Olimpiya Komitəsinin öhdəsinə buraxmışdı.
- “Neftçi” yeni loqosunu təqdim edib
- Jurnalistlər arasında kamandan oxatma yarışı keçirilib - FOTO
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb