Rusiyanın Soçi şəhərində keçirilən yeniyetmə və gənclər arasında qılıncoynatma üzrə Avropa çempionatı davam edir. Qılıncoynatma Federasiyasından apasport.az saytına verilən məlumata görə, martın 2-i start götürən turnirin növbəti yarış günündə sablya, şpaqa və rapira növlərində komanda yarışları baş tutub.
Gənc qılıncoynadanlarımız şpaqa və sablya növlərində keçirilən komanda yarışlarında qüvvəsini sınayıb. Xalid Əsədov, Qərib İbrahimov və Cavanşir Ağakişiyevdən ibarət sablya üzrə komandamız Polşa komandası ilə qarşılaşıb. Görüş polşalı sablyaçıların 45:36 hesablı qələbəsi ilə başa çatıb.
Məryəm Məlikova, Məryəm Sadıxova və Azərin İdriszadədən ibarət şpaqa üzrə komandamız isə çexiyalı şpaqaçılarla qarşılaşıb. Çexiya bu görüşdə 45:19 hesabı ilə qələbə qazanıb.
Soçidə keçirilən qılıncoynatma üzrə yeniyetmə və gənclərin Avropa çempionatına sabah yekun vurulacaq.
- Bakıda keçirilən üzgüçülük üzrə Dünya Kubokunda rekord
- Bakıda dünyanın ikinci ən böyük qapalı xizək mərkəzi fəaliyyətə başlayıb
- Azərbaycan üzgüçüləri "İpək Yolu" Dünya Kubokunda ölkə rekordlarını yeniləyiblər
- Rüfət Efendiyev Avropa Şurasının antidopinq iclasında iştirak edib
- Azərbaycan üzgüçüləri Bakıdakı Dünya Kubokunun təsnifat mərhələsində çıxış ediblər