Koreyada təşkil edilən taekvondo üzrə dünya çempionatı davam edir. Apasport.az Azərbaycan Taekvondo Federasiyasının saytına istinadən xəbər verir ki, bu gün daha iki idmançımız mübarizəyə qoşulub.
Radik İsayev (+87 kq) ilk döyüşündə mərakeşli Ayoud Basselə qalib gəlib - 24:8. Ardınca Çin təmsilçisi Jian Tianı üstələyən (16:11) idmançımız yarımfinala vəsiqə uğrunda qarşılaşmada qabonlu taekvondoçu Antoni Obame ilə üz-üzə gəlib. Rəqibinə 13:15 hesabı ilə məğlub olan İsayev dünya çempionatı ilə vidalaşıb.
Digər təmsilçimiz Ramin Əzizov (87 kq) da ilk rəqibi Valbek Defaixə (Fransa Polineziya) şans verməyib (15:3). Tunisli Yassin Trabelsiyə də qalib gələn (10:9) Əzizov yarımfinal mərhələsi uğrunda döyüşdə uğurlu seriyanı davam etdirə bilməyib. O, serbiyalı İvan Trajkoviçə məğlub olaraq (15:22), yarışı başa vurub.
Qeyd edək ki, sabah kişi taekvondoçularımızdan Məhəmməd Məmmədov (63 kq), qadınlardan isə Yaprak Eriş (57 kq) mübarizə aparacaq.
- MOK-da Belarus Olimpiya Komitəsinin prezidenti ilə ikitərəfli tərəfdaşlıq müzakirə olunub
- Azərbaycan Qran-prisi rekordlarla yadda qalıb - FOTO
- Bakıda keçirilən üzgüçülük üzrə Dünya Kubokunda rekord
- Bakıda dünyanın ikinci ən böyük qapalı xizək mərkəzi fəaliyyətə başlayıb
- Azərbaycan üzgüçüləri "İpək Yolu" Dünya Kubokunda ölkə rekordlarını yeniləyiblər