Bakı İdman Sarayında cüdo üzrə gənclər arasında Azərbaycan birinciliyi davam edir. Apasport.az saytının məlumatına görə, yarışda respublikamızın bütün bölgələrini və paytaxt Bakını təmsil edən 24 komandanın 328 cüdoçusu mübarizə aparır.
Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev də yarışları Bakı İdman Sarayında canlı izləyib. Gənclərin respublika birinciliyinə bu gün yekun vurulacaq.
Qeyd edək ki, bu çempionatdan əvvəl yeniyetmə cüdoçuların Azərbaycan birinciliyi keçirilib. Yarışda 61 klub və cəmiyyətin 602 idmançısı iştirak edib. Qaliblərə medallar, fəxri fərmanlar və pul mükafatları verilib.
- “Neftçi” yeni loqosunu təqdim edib
- Jurnalistlər arasında kamandan oxatma yarışı keçirilib - FOTO
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb