Azərbaycan yığmasının atıcısı Ruslan Lunyov Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında 4-cü qızıl medalını qazanıb. Apasport.az saytının məlumatına görə, snayperimiz 10 metr məsafədən pnevmatik tapança ilə atəş açmaqda hamıdan dəqiq olub.
Lunyov bu gün keçirilən yarışda 240.7 xal toplayıb.
Təmsilçimiz türkiyəli Yusuf Dikecini cəmi 1 xal qabaqlayıb. 3-cü yeri pakistanlı Muhammad Şehzad Axtar tutub – 218.6 xal.
Digər snayperlərimiz Rəsul Məmmədov və Tahir Əhmədzadə isə təsnifat mərhələsini keçə bilməyiblər.
Qeyd edək ki, Ruslan bunadək 25 metrdən tapança ilə mərkəzə atəş açma, eyni məsafədən sürətli atəş açma və standart tapança ilə atəş açmaqda qızıl medal əldə etmişdi.
- III Xankəndi Ultramarafonu: İlk mərhələnin qalibləri bəlli olub
- Azərbaycan və Rusiya milliləri Bakıda birgə toplanış keçir
- Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışının 2027-ci il tarixi açıqlanıb
- MOK-da Belarus Olimpiya Komitəsinin prezidenti ilə ikitərəfli tərəfdaşlıq müzakirə olunub
- Azərbaycan Qran-prisi rekordlarla yadda qalıb - FOTO