Amerikalı gimnast Çarli Riinanın karyerasını erkən bitirməsinə aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, hazırda modelyer kimi çalışan 32 yaşlı Polşa əsilli idmançı qeyri-adi səbəbdən xalçadan kənar qaldığını açıqlayıb.
O bildirib ki, hər şey yetkinlik yaşına çatandan sonra başlayıb. Riinanın sözlərinə görə, sinəsinin həddən artıq böyüməsi gimnast kimi gələcək uğurlarının üstündən xətt çəkib: “Mənə böyük ümidlər bəslənilirdi. Məşqçilərimin dediyinə görə, böyük perspektiv vəd edirdim. Özüm də idmanda uğur qazanacağıma inanırdım. Lakin yetkinlik yaşına çatandan sonra gimnastika ilə vidalaşmalı oldum. Buna sinəmin bu idman növü üçün gözlənilmədən böyüməsi səbəb oldu. Çünki belə olduqda lazımı təmrinləri yerinə yetirmək çətinləşir”.
Amma Riinanın məşhurlaşmasına mane olmayıb. İdmanda bəxti gətirməyən gimnast model kimi məşhurlaşıb. O, hətta kişi jurnalları üçün çəkdirdiyi çılpaq fotosessiyalarla diqqətləri özündə cəmləyə bilib.
- Dağ velosipedi üzrə Azərbaycan Kubokunun 3-cü mərhələsinə yekun vurulub
- Azərbaycanla Belarus arasında idman memorandumu
- III Xankəndi Ultramarafonuna yekun vurulacaq
- Kamandan oxatma üzrə Azərbaycan Superkuboku keçiriləcək
- Asunsion Loriyente Bakıda Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyəti ilə tanış olub