[b]Snayperlərimizdən növbəti qızıl[/b]
15.05.2017 - 15:57
IV İslam Həmrəyliyi Oyunlarında atıcılıq yarışları davam edir. Apasport.az saytının məlumatına görə, təmsilçilərimiz bu gün növbəti qızıl medalı yığmamızın aktivinə yazdırıblar.
Belə ki, qarışıq komanda halında səngər stendində azərbaycanlı snayperlər fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Əli Hüseynli və Aydan Camalova rəqiblərindən sərrast atəş açaraq, 43 xalla qızıl medala yiyələniblər.
Bu növdə Türkiyə gümüş, Qətər isə bürünc medal qazanıblar.
- III Xankəndi Ultramarafonu: İlk mərhələnin qalibləri bəlli olub
- Azərbaycan və Rusiya milliləri Bakıda birgə toplanış keçir
- Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışının 2027-ci il tarixi açıqlanıb
- MOK-da Belarus Olimpiya Komitəsinin prezidenti ilə ikitərəfli tərəfdaşlıq müzakirə olunub
- Azərbaycan Qran-prisi rekordlarla yadda qalıb - FOTO
0
0