Azərbaycan Boks Federasiyasının (ABF) vitse-prezidenti, AİBA İcraiyyə Komitəsinin üzvü Süleyman Mikayılova beynəlxalq federasiya böyük etimad göstərib. Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, həmyerlimiz bundan sonra AİBA büro üzvü kimi də fəaliyyət göstərəcək.
Beynəlxalq təşkilatın ən ali qurumu hesab olunan büroda 4 nəfər təmsil olunur. Bunlar Avropa Boks Federasiyasının prezidenti Franko Falçinelli, AİBA-nın vitse-prezidenti Kelani Bayor, AİBA İcraiyyə Komitəsinin üzvü Pet Flakko və Süleyman Mikayılovdu. Büro üzvləri 4 il müddətinə seçiliblər.
Büro dünya boksunda ən vacib məsələləri müzakirə edərək, İcraiyyə Komitəsinin gündəliyinə çıxarır. Bununla bağlı AİBA prezidenti Çinq Ko Vunun ABF-in vitse-prezidentinə göndərdiyi məktubda deyilir: “Boksun inkişafında göstərdiyiniz xidmətə görə, sizin bu qurumda fəaliyyət göstərməyiniz məqbul sayıldı. Əminəm ki, işinizin öhdəsindən uğurla gələrək, bu idman növünün tərəqqisi üçün əlinizdən gələni edəcəksiniz”.
- Azərbaycan üzgüçüləri Bakıdakı Dünya Kubokunun təsnifat mərhələsində çıxış ediblər
- Şose velosipedi üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan təmsilçiləri bəlli olub
- AMADA Londonda keçirilən beynəlxalq konfransda təmsil olunub
- "İpək Yolu" Dünya Kubokunun rəsmi maskotları təqdim olunub
- "Bildiyimiz bir şey var idi: Bura Qarabağdır, bura bizimdir və biz bu torpaqları geri qaytarmalıyıq"