Antalyada taekvondo üzrə keçirilən “Turkish open” beynəlxalq turnirinə yekun vurulub. Taekvondo Federasiyasından apasport.az saytına verilən məlumata görə, yığmamızın sayca 3-cü dəfə təşkil olunan G1 kateqoriyalı yarışda qazancı 4 medal olub.
Belə ki, Reza Mehmandoustun yetirmələrindən Sina Bahrami (63 kq, qızıl medal) və Məmmədalı Quliyevin (58 kq, bürüncardınca daha 2 taekvondoçumuz fəxri kürsüyə qalxıb.
Bu dəfə komandamıza uğuru gənclər millimizin üzvləri - Əliəsgər Əliyev (68 kq) və Orxan Tağızadə (+78 kq) qazandırıblar. Onların hər ikisi yarımfinalda məğlub olmaqla, bürünc medala yiyələniblər.
Bu yarışın ardınca - sabah klublararası Avropa çempionatına start veriləcək. 3 gün davam edəcək qitə birinciliyində “Gilan” klubu, Sumqayıt OİK və Təhsil RİM-i təmsil edən idmançılar güclərini yoxlayacaqlar.
- “Neftçi” yeni loqosunu təqdim edib
- Jurnalistlər arasında kamandan oxatma yarışı keçirilib - FOTO
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb