Xarkov şəhərində taekvondo üzrə “Ukraine Open” beynəlxalq turnirinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisi yarışın son günü də uğurlu çıxışı ilə yadda qalıb.
Belə ki, taekvondoçularımızdan Patimat Abakarova (53 kq) və Fəridə Əzizova (67 kq) turniri qızıl medalla başa vurub. Olimpiya çempionumuz Radik İsayev (+87 kq) isə həlledici döyüşdə məğlub olaraq gümüş medalla kifayətlənib. Millinin digər üzvlərindən Məhəmməd Məmmədov (68 kq), Ramin Əzizov (87 kq), Rufina Əlizadə (53 kq) və Elvarə Cəlilova (+73 kq) üçüncü yeri tutublar.
Qeyd edək ki, turnirin ilk günü Qaşım Maqomedov (58 kq) yarışın qalibi, Məcid Sofiyev (54 kq) və Şəms Həsənova (62 kq) isə bürünc medala sahib olub.
- Bakıda keçirilən üzgüçülük üzrə Dünya Kubokunda rekord
- Bakıda dünyanın ikinci ən böyük qapalı xizək mərkəzi fəaliyyətə başlayıb
- Azərbaycan üzgüçüləri "İpək Yolu" Dünya Kubokunda ölkə rekordlarını yeniləyiblər
- Rüfət Efendiyev Avropa Şurasının antidopinq iclasında iştirak edib
- Azərbaycan üzgüçüləri Bakıdakı Dünya Kubokunun təsnifat mərhələsində çıxış ediblər