Bolqarıstanda təşkil edilən taekvondo üzrə "Sofia Open" beynəlxalq turniri davam edir. Apasport.az saytı xəbər verir ki, Azərbaycanın gənclərdən ibarət Olimpiya yığması yarışa 6 idmançı ilə qatılıb.
Millimizin iki üzvü artıq medal qazanıb. Sayca 5-ci olan G1 kateqoriyalı yarışda baş məşqçi Məmməd Abdullayevin rəhbərliyi ilə iştirak edən komandanın idmançısı Xanoğlan Kərimov 51 kq çəki dərəcəsində qarşılaşdığı rəqiblərinə şans verməyərək turnirin qalibi olub.
Onun komanda yoldaşı Bəhruz Quluzadə (-48 kq) isə yarımfinala qədər irəliləsə də, həlledici mərhələyə yüksələ bilməyib. O, turnirin bürünc medalı ilə kifayətlənib.
- Bakıda keçirilən üzgüçülük üzrə Dünya Kubokunda rekord
- Bakıda dünyanın ikinci ən böyük qapalı xizək mərkəzi fəaliyyətə başlayıb
- Azərbaycan üzgüçüləri "İpək Yolu" Dünya Kubokunda ölkə rekordlarını yeniləyiblər
- Rüfət Efendiyev Avropa Şurasının antidopinq iclasında iştirak edib
- Azərbaycan üzgüçüləri Bakıdakı Dünya Kubokunun təsnifat mərhələsində çıxış ediblər