Azərbaycan boksçusu Teymur Məmmədov (+81 kq) Bakıda keçirilən Dünya Olimpiya Təsnifat Turnirinin finalına yüksəlib. Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, buna səbəb onun bu gün üz-üzə gəlməli olduğu rəqibi - rusiyalı Pyotr Xamukovun da tibbi yoxlanışdan keçə bilməməsi olub.
1/4 finalı da döyüşsüz keçirərək Rioya lisenziyanı təmin edən boksçumuz yarımfinal mərhələsini də rinqə çıxmadan adlayıb.
Döyüş keçirmədən daha 2 boksçu qalib elan olunub. Haitili Riçardson Hitçinslə (69 kq) türkmənistanlı Arslanbek Açilov (75 kq) artıq finalda rəqiblərini gözləyir. Onların müvafiq olaraq qarşılaşmalı olduğu Qari Russell (ABŞ) və Krişan Vikas (Hindistan) da Xamukov kimi tibbi yoxlanışdan keçə bilməyiblər.
Qeyd edək ki, axşam proqramında yığmamızın üzvü Rüfət Hüseynov (49 kq) rinqə çıxacaq. O, Meksikalı Yoselito Velasqueslə qarşılaşacaq.
- Jurnalistlər arasında kamandan oxatma yarışı keçirilib - FOTO
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək