“Mənə Azərbaycandan təklif gəlmişdi. Lakin belə addım atmağa qərar verə bilmədim”. Apasport.az saytının məlumatına görə, bunu Ukrayna millisinin ağırlıqqaldıranı Yuliya Paratova deyib.
İkiqat Avropa çempionu bir müddət öncə Azərbaycan yığmasından təklif aldığını açıqlayıb. Fyordedə keçirilən son qitə çempionatında 53 kq çəki dərəcəsində gümüş medal qazanan 30 yaşlı atlet bunu müsbət dəyərləndirməməsinin səbəbini açıqlayıb.
Paratovanın sözlərinə görə, başqa ölkə adına yarışa qatılmaq onun üçün yaddı: “Yuliya Paratova, Azərbaycan”, elan olunarkən mən körpücüyə çıxa bilmərəm. Bu, mənə yaddı. Kristina Yovu özü Moldovadandı, bir müddət Azərbaycan millisinin şərəfini qorudu. Düşünürəm ki, o, oraya pul ardınca getmişdi. Bütün komanda ilə cəzalandırıldıqdan sonra isə Moldovaya qayıda bilməzdi. Çünki oradan icazəsiz qaçmışdı. Nəticədə o, onu qəbul edən ölkəyə - Rumıniyaya getdi”.
Qeyd edək ki, milliləşmiş Yovu Azərbaycan vətəndaşlığından imtina etdikdən sonra Rumıniyaya Avropa çempionatında qızıl medal qazandırıb.
- Formula-1: Azərbaycan Qran-prisinin vaxtı dəyişdirilib
- Bakıda Padel tennis üzrə beynəlxalq yarışın qalibləri mükafatlandırılıb
- ABŞ-də yaşayan azərbaycanlı peşəkar hokkeyçidən Bakıda ustad dərsi
- Anar Ələkbərov Beynəlxalq Avtomobil Federasiyasının Senatına üzv seçilib
- Azərbaycan Üzgüçülük Federasiyasında yeniliklər olub