Azərbaycan üzgüçüləri Hollandiyanın Haaqa şəhərində keçirilən Qran Pri yarışlarında 4 medal qazanıblar. Milli Paralimpiya Komitəsindən apasport.az saytına verilən məlumata görə, Komitənin üzgüçülük idman növü üzrə idmançılarının 23-29 fevral 2016-cı il tarixlərində Hollandiyanın Haaqa şəhərində keçirilən Qran Pri yarışlarında uğurlu çıxışları davam edir.
100 metr baterflay üsulu ilə yarışda Roman Saley 59.02 nəticəsi ilə gümüş, Dmitriy Saley 58.07 nəticəsi ilə qızıl, 200 metr kompleks üsulu ilə Dmitriy Saley 2:15.70 nəticəsi ilə qızıl, bel üstə Roman Saley 1:02.33 nəticəsi ilə gümüş medalları qazanıblar.
Yarışlar davam edir.
- Azərbaycanla Belarus arasında idman memorandumu
- III Xankəndi Ultramarafonuna yekun vurulacaq
- Kamandan oxatma üzrə Azərbaycan Superkuboku keçiriləcək
- Asunsion Loriyente Bakıda Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyəti ilə tanış olub
- III Xankəndi Ultramarafonu: üçüncü mərhələnin qalibləri bəlli olub