Polşanın Bielsko Biala şəhərində yeniyetmələr arasında Avropa kubokuna start verilib. Apasport.az saytının məlumatına görə, yarışın ilk günü Azərbaycan milli komandası aktivinə iki medal yazdırıb.
50 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Əli Əsgərzadə və 60 kq çəki dərəcəsində yarışan Davud Abbaslı Avropa kubokunun bürünc medallarına sahib olublar.
Ayxan Tanrıverdiyev (55 kq), Qnyaz Mahmudlu (66 kq) və Şəhanə Hacıyeva isə 5-ci yeri tutublar.
Qeyd edək ki, 25 ölkədən 490 yeniyetmə cüdoçunun (284 oğlan, 206 qız) mübarizə apardığı turnirdə Azərbaycan milli komandası 17 cüdoçu (15 oğlan, 2 qız) ilə təmsil olunur.
- MOK-da Belarus Olimpiya Komitəsinin prezidenti ilə ikitərəfli tərəfdaşlıq müzakirə olunub
- Azərbaycan Qran-prisi rekordlarla yadda qalıb - FOTO
- Bakıda keçirilən üzgüçülük üzrə Dünya Kubokunda rekord
- Bakıda dünyanın ikinci ən böyük qapalı xizək mərkəzi fəaliyyətə başlayıb
- Azərbaycan üzgüçüləri "İpək Yolu" Dünya Kubokunda ölkə rekordlarını yeniləyiblər