Aprelin 21-də Rusiyanın Kazan şəhərində cüdo üzrə Avropa çempionatı start götürəcək. Apasport.az saytının məlumatına görə, 3 gün davam edəcək yarışda Azərbaycan millisi də iştirak edəcək.
Komandamızın baş məşqçisi Peter Zayzenbaher qitənin ən mötəbər yarışı üçün heyəti artıq müəyyənləşdirib. Avstriyalı mütəxəssis çempionatda ölkənin ən güclülərinə şans verəcək. Belə ki, o, Kazanda Orxan Səfərov, İlqar Müşkiyev (hər ikisi 60 kq), Nicat Şıxəlizadə (66 kq), Rüstəm Orucov (73 kq), Əbdülhəqq Rəsullu (81 kq), Elmar Qasımov, Elxan Məmmədov (hər ikisi 100 kq), Uşanqi Kokauri (+100 kq) və Aişə Qurbanlını (48 kq) sınaqdan keçirəcək.
Qeyd edək ki, yarışda 39 ölkədən 314 (185 kişi, 129 qadın) cüdoçunun iştirakı gözlənilir.
- Azərbaycanla Belarus arasında idman memorandumu
- III Xankəndi Ultramarafonuna yekun vurulacaq
- Kamandan oxatma üzrə Azərbaycan Superkuboku keçiriləcək
- Asunsion Loriyente Bakıda Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyəti ilə tanış olub
- III Xankəndi Ultramarafonu: üçüncü mərhələnin qalibləri bəlli olub