İtaliyanın Liqnano şəhərində ənənəvi "Alpe Adrea" beynəlxalq cüdo turniri keçirilib. Cüdo Federasiyasından apasport.az saytına verilən xəbərə görə, 22-ci dəfə baş tutan festivalda Avropanın müxtəlif ölkələrindən 1046 gənc idmançı mübarizə aparıb.
Azərbaycan təmsilçiləri yarışda 5 qızıl, 4 gümüş və 4 bürünc medal qazanıblar. Hacı Musayev (55 kq), Kəramət Hüseynov (60 kq), İsmayıl İbrahimov (66 kq), Hasil Cəfərov (73 kq) və Aslan Mirzəyev (90 kq) yarışı qızıl medalla başa vurub.
Natiq Qurbanlı (60 kq), Naim Hüseynov (81 kq), Azər Yaqubov (90 kq), Ayxan Cəfərov (+100 kq) gümüş, Tofiq Məmmədov (60 kq), Murad Heydərli (60 kq), Vüsal Cəmilzadə (73 kq) və Samir Ağayev (81 kq) bürünc medala sahib olub.
Yekunda 13 medal əldə edən gənclərdən ibarət milli komandamız ümumi hesabda 1-ci yeri tutub.
- III Xankəndi Ultramarafonu: İkinci mərhələnin qalibləri bəlli olub
- Bakıda Avropa su idmanının gələcəyi müzakirə olunub
- III Xankəndi Ultramarafonu: İlk mərhələnin qalibləri bəlli olub
- Azərbaycan və Rusiya milliləri Bakıda birgə toplanış keçir
- Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışının 2027-ci il tarixi açıqlanıb