[b]Yığmamız Qazaxıstanda 4 medal qazandı[/b]
14.05.2017 - 15:13
Qazaxıstanın Çimkənt şəhərində yeniyetmə boksçular arasında beynəlxalq turnir keçirilib. Apasport.az saytının məlumatına görə, yarışda Azərbaycan millisi də iştirak edib.
Baş məşqçi Vaqif Kazımov və məşqçi Vüqar Məmmədovun rəhbərliyi altında turnirə yollanan komandamız vətənə 4 medalla qayıdıb. Boksçularımızdan Maqsud Xasmetov (46 kq), Elşən Cəbizadə (54 kq), Rüfət Nəbiyev (66 kq) və Adir Vəliyev (80 kq) bürünc mükafat qazanıblar.
Yarışda Elxan Əsədov ölkəmizi hakim kimi təmsil edib.
- III Xankəndi Ultramarafonu: İlk mərhələnin qalibləri bəlli olub
- Azərbaycan və Rusiya milliləri Bakıda birgə toplanış keçir
- Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışının 2027-ci il tarixi açıqlanıb
- MOK-da Belarus Olimpiya Komitəsinin prezidenti ilə ikitərəfli tərəfdaşlıq müzakirə olunub
- Azərbaycan Qran-prisi rekordlarla yadda qalıb - FOTO
0
0